Sığorta

“PAŞA Həyat”ın Direktorlar Şurasının sədri dəyişdi

“PAŞA Həyat” Sığorta Şirkəti ASC-nin Direktorlar Şurasının sədri dəyişdib.

Məlumata görə, şirkət səhmdarlarının qərarı ilə Rövşən Şamil oğlu Allahverdiyev Direktorlar Şurasının sədri təyin edilib.

O, bu vəzifədə Fərid Usad Məmmədovu əvzələyib.

Rövşən Allahverdiyev “Kapital Bank” ASC-nin İdarə Heyətinin sabiq sədri, hazırda isə Müşahidə Şurasının sədridir.

“PAŞA Həyat Sığorta” ASC 2010-ci ilin noyabr ayından fəaliyyət göstərir. 31 dekabr 2021-cu il tarixinə şirkətin nizamnamə kapitalı 40.25 mln. AZN təşkil etmişdir. Şirkət müştərilərə müxtəlif həyat sığortası məhsulları, o cümlədən “İstehsalatda bədbəxt hadisələrin icbari sığortası”, “Yığım tərkibli yaşam sığortası” məhsullarını təklif edir. Səhmlərinin 100%-i “PASHA Holding” MMC-yə aiddir.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)