BİZNES

“PSG-Kapital İnvestisiya Şirkəti”nin rəhbəri dəyişdi

2012-ci ildə təsis ediliən “PSG-Kapital İnvestisiya Şirkəti” ASC-nin rəhbəri dəyişdirilib.

Məlumata görə, “PSG-Kapital İnvestisiya Şirkəti”nin səhmdarlarının qərarı ilə Fərid Məmmədov Ruslan oğlu şirkətin baş icraçı direktoru təyin edilib.

2016-cı ilin iyun ayından bu vəzifədə Şahin Rəcəbov Fəxrəddin oğlu idi.

Fərid Məmmədov – 2014-cü ilin oktyabrından 2022-ci ilin dekabrına qədər “AzFinance İnvestisiya Şirkəti” QSC-də çalışıb. 2014-cü ilin oktyabrından 2016-cı ilin iyuluna qədər investisiya şirkətinin Yerli bazarlar üzrə departamentinin rəhbəri, 2017-ci ilin mayından 2019-cu ilin dekabrına qədər Əməliyyatlar departamentinin rəhbəri və 2019-cu ilin dekabrından 2022-ci ilin dekabrına qədər “AzFinance”nin baş icraçı direktorunun müavini vəzifəsində çalışıb.

2023-cü ilin yanvarından 2023-cü ilin aprelinə qədər isə “PAŞA Kapital İnvestisiya Şirkəti” QSC-nin Əməliyyatlar departamentinin direktoru idi.

Daha öncə isə Bakıda fəaliyyətdə olmuş “Chelsea Capital” adlı şirkətdə çalışıb.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)