Dövlət büdcəsində neftin qiymətinə yenidən baxılacaq
2023-cü ilin dövlət büdcəsində neftin qiymətinə dəyişiklik edilə bilər.
Məlumatına görə, bunu maliyyə naziri Samir Şərifov jurnalistlərə açıqlamasında deyib.
“Dəyişiklik edilə bilər. Hesab edirik ki, bunun üçün əsaslar var”, - deyə nazir bildirib.
Qeyd edək ki, 2023-cü ilin dövlət büdcəsində neftin bir barrelinin qiyməti 50 dollardan götürülüb.