Qlobal ərzaq qiymətlərində azalma tendensiyası dayandı
Birləşmiş Millətlər Təşkilatının (BMT) Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) tərəfindən açıqlanan qlobal ərzaq qiymətləri indeksində 12 aylıq fasiləsiz eniş tendensiyası dayanıb.
FAO-nun Ərzaq Qiymətləri İndeksi aprel ayında əksinə 0,6 faiz artıb. Şəkər qiymətləri indeksinin sürətli artımı və ətin qiymət indeksinin yüksəlməsi olsa da, taxıl, süd və bitki yağı qiymətləri indekslərində azalma davam edib.
FAO-nun Taxıl Qiyməti İndeksi aprel ayında aylıq 1,7 faiz azalaraq, illik 19,8 faiz azalaraq orta hesabla 136,1 bənd təşkil edib.
FAO Bitki Yağı Qiymətləri İndeksi aprel ayında 1,3 faiz azalaraq orta hesabla 130,0 bənd təşkil edib. Bu, ardıcıl beşinci aylıq enişdir.
FAO süd məhsullarının qiymət indeksi aprel ayında orta hesabla 124,6 bənd təşkil edib ki, bu da aylıq 1,7 faiz, illik müqayisədə isə 15,1 faiz azalma deməkdir.
FAO-nun Ət Qiyməti İndeksi isə aprel ayında illik müqayisədə yüzdə 6,1 azalaraq orta hesabla 114,5 bənd olmaqla aprel ayında yüzdə 1,3 artım qeyd edib.
FAO Şəkər Qiymətləri İndeksində artım tendensiyası üçüncü ayında da davam edib. Aprel ayında aylıq yüzdə 17,6 artan İndeks, illik yüzdə 23 artaraq 2011-ci ilin oktyabr ayından bəri ən yüksək səviyyəyə çatıb.