Blinken: "Azərbaycan və Ermənistan ciddi irəliləyiş əldə edib"
“Azərbaycan və Ermənistan sülh razılaşması istiqamətində ciddi irəliləyiş əldə ediblər".
ENA.az xəbər verir ki, bunu Vaşinqtonda Ermənistan və Azərbaycan XİN başçıları ilə görüşü zamanı ABŞ Dövlət katibi Entoni Blinken deyib.
"Son bir neçə gün ərzində hər iki tərəf bir sıra çox mürəkkəb məsələni müzakirə edib və davamlı sülh sazişinin əldə edilməsi istiqamətində nəzərəçarpacaq irəliləyiş əldə edib", - Blinken bildirib.
O qeyd edib ki, son mərhələ həmişə ən çətin olur, lakin ABŞ bu mərhələdə tərəflərə kömək etmək niyyətindədir.
"Razılaşmanın əldə edilməsi təkcə Azərbaycan və Ermənistan xalqlarına deyil, həm də bu ölkələrin hüdudlarından kənara da fayda verəcək", - ABŞ dövlət katibi əlavə edib.