HI-TECH

"iCloud+"un rəsmi siyahısında Ermənistan olsa da, Azərbaycan üzrə qiymətlər yoxdur

Apple rəsmi saytının iCloud + planları və qiymətləri bölməsində Azərbaycan üzrə qiymətlər yoxdur. Qeyd edək ki, iCloud qeydiyyatdan zaman avtomo 5 G pulsuz yaddaş əldə edirsiniz. Əgər daha çox iCloud yaddaşa ehtiyacınız varsa və ya Premium funksiyalar giriş əldə etmək istəyirsinizsə, iCloud+ almalısınız.

ENA.az xəbər verir ki, iCloud+ Apple-ın Premium pullu abunə sistemidir. O sizə foto, video fayllar və nüsxələr üçün daha çox yaddaş və əlavə funksiyalar verir. Burada 3 qiymət paketi mövcuddur: 50GB, 200GB və 2TB.

Bununla bağlı rəsmi qiymət siyahısında Azərbaycan üzrə qiymətlər göstərilməyib. Halbuki, Ermənistanda 50GB-1.19 dollar, 200GB-3.49 dollar, 2TB-11.99 dollar təşkil edir. Nəzərə alın ki, bu rəqəm vergidaxil qiymətlərdir - iCloud+ plans and pricing - Apple Support (AZ)

Maraqlıdır ki, Azərbaycanda Apple telefon istifadəçiləri Ermənistandan dəfələrlə çox olsa da, bu funksiya  bizim ölkəmiz üçün açıq deyil.

Azərbaycanda istifadəçilər bunu yalnız başqa ölkələrin üzərindən əldə edə bilərlər. Daha dəqiq desək, Amerika üzərindən çıxış edərək, 50 GB üçün 0,99 dollar istəyir. Amma nəzərə almaq lazımdır ki, bu qiymətə vergi və digər komissiya haqları daxil deyil.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)