Maliyyə sektorunun ümumi vəziyyəti Mərkəzi Bank sədrini qane etmir
“Soruşsanız maliyyə sektorunun ümumi vəziyyəti sizi tam qane edir? Deyərdim ki, etmir. İstəyirəm maliyyə sektorunun iştirakçıları risklərin idarə edilməsi və korporativ idarəetmə üzrə qabaqcıl təcrübənin tətbiqini daha da artırsınlar"- bunu Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımov deyib.
Bəzi bankların maliyyə göstəriciləri ilə bağlı çağırışların olduğunu bildirərək, bunların əsasən sistem əhəmiyyətli olmayan kiçik banklarla bağlı olduğunu vurğulayıb.
Taleh Kazımov ümumilikdə isə bankların kredit portfelinin keyfiyyətinin qənaətbəxş olduğunu, qeyri-işlək kreditlərin portfeldə xüsusi çəkisinin cəmi 3,7% etdiyini əlavə edib.
Qeyd edib ki, hazırda banklarda 4-5 milyard manat həcmində izafi likvidlik var.