Avtomobil kreditləri ucuzlaşıb
Avtomobil almaq üçün verilən kreditlərdə ucuzlaşma qeydə alınıb. Bu ilin yanvar-mart aylarında bu kateqoriyadan olan istehlak kreditləri üzrə orta dərəcə 1 faiz bəndi enərək, 14%-ə düşüb.
ENA.az xəbər verir ki, birinci ründə istehlak kreditlərin digər növləri üzrə dərəcələr dəyişməyib. Xüsusilə, məişət avadanlığının alışına istehlak kreditləri üzrə orta dərəcə 23%, mənzil təmirinə kreditlər üzrə - 23% olub.
Milli valyutada kredit kartları vasitəsilə verilən istehlak kreditləri üzrə orta dərəcəsi 26%-dir. Xarici valyutada kredit kartları vasitəsilə istehlak kreditləri üzrə orta dərəcəsi isə 8%-dir.