"Meta" 7 milyard dollarlıq istiqraz buraxacaq
Bloomberg öz mənbələrinə istinadən xəbər verir ki, Meta şirkəti yeni istiqraz emissiyası hazırlayır. Şirkət bu yolla investorlardan təxminən 7 milyard dollar alacağını gözləyir.
Meta üçün bu, bir il ərzində ikinci korporativ istiqraz buraxılışı olacaq. Keçən ilin avqustunda şirkət ilk istiqraz buraxılışında 10 milyard dollar cəlb edib. Meta hələ də istiqraz buraxmayan yeganə böyük texnologiya şirkətlərindən biri idi. Keçən ilin əvvəlində ABŞ-ın digər texnologiya nəhəngləri Apple və Intel də öz istiqrazlarını çıxararaq müvafiq olaraq 5,5 milyard və 6 milyard dollar topladılar.
Bloomberg yazır ki, 40 il ərzində Meta istiqrazı sahibinə ABŞ Xəzinədarlığı tərəfindən buraxılmış istiqrazlardan 215 baza bəndi yüksək gəlir gətirə bilər.