Gündəm

Bakının 3 rayonunda su olmayacaq

Bu gün Bakının Qaradağ, Səbail və Binəqədi rayonlarında, həmçinin Hacıqabul rayonunda su kəsiləcək.

Bu barədə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinə məxsus “Azərsu” ASC-yə istinadən xəbər verir.

Bildirilib ki, buna səbəb Kür-Bakı magistral su kəmərində baş vermiş qəzanın aradan qaldırılmasıdır. Odur ki, paytaxtın 3 rayonunun bəzi ərazilərinə, həmçinin Hacıqabul rayonunun magistral kəmərin marşrutu boyu yerləşən kəndlərinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.

Qurum yarnacaq narahatlıqla əlaqədar abonentlərdən üzr istəyib.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)

News Department