Vaşinqtonda Azərbaycan və Ermənistan XİN başçılarının danışıqları bir neçə gün davam edəcək
Xəbər verdiyimiz kimi, hazırda Vaşinqtonda Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin ABŞ dövlət katibi Entoni Blinkenin iştirakı ilə görüşü davam edir.
ENA.az APA-ya istinadən xəbər verir ki, danışıqların bir neçə gün davam edəcəyi gözlənilir.
Qeyd edək ki, üçtərəfli görüşdən əvvəl Blinken Ararat Mirzoyan və Ceyhun Bayramovla ayrı-ayrılıqda görüş keçirib.