Bakıda taksi qiymətləri bahalaşdı
Bakıda fəaliyyət göstərən taksi xidmətlərinin qiymətində bahalaşma müşahidə edilir.
Son günlər taksilərdə gediş haqqının təxminən 30% artırıldığı bildirilir.
Qiymət artımına səbəb kimi Bakıda keçirilən “Formula 1” yarışı göstərilir. Belə ki, yarışın keçirildiyi yolların bağlı olması və buna görə benzin sərfiyyatının artması bahalaşmaya səbəb olub.
Qeyd edək ki, Bakıda “Formula 1” yarışı aprelin 30-dək davam edəcək.