Əli Əsədov yeni qərar imzalayıb
Nazirlər Kabineti “Fövqəladə hallarda istifadə olunması nəzərdə tutulan dövlət ehtiyatlarının nomenklaturası”nı təsdiq edib.
Bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.
Qərara əsasən, Maliyyə Nazirliyi nomenklaturası təsdiq edilmiş fövqəladə hallarda istifadə olunması nəzərdə tutulan dövlət ehtiyatlarının yaradılmasının cari ildə
maliyyələşdirilməsinə dair təkliflərini hökumətə təqdim etməli, Dövlət Ehtiyatları Agentliyi bu qərardan irəli gələn digər məsələləri həll etməlidir