Qarabağ

Füzulidə Mərkəzi Park salınır - FOTOLAR

Füzuli rayonunda Mərkəzi Park salınır.

ENA.az Füzuli Mərkəzi Parkının layihə görüntülərini təqdim edir.

Füzuli şəhərində 22,47 hektar ərazidə Mərkəzi Parkın salınması nəzərdə tutulub. Burada istirahət zonaları, multifunksional açıq yaşıllıq sahələri, iaşə zonaları, piknik və idman məqsədilə istifadə ediləcək zonalar, qaçış üçün cığırlar, velosiped yolları, amfiteatr və digər obyektlərin yaradılması nəzərdə tutulub.

Parkın tikintisi üçün layihə-smeta sənədlərinin hazırlanması Qarabağ Dirçəliş Fondunun sifarişi ilə “By Medgalchi” şirkəti tərəfindən həyata keçirilir.

Qeyd edək ki, Füzuli Mərkəzi Parkının pre-konsepti üzrə görüləcək işlər, ərazidə mövcud vəziyyət barəsində məlumatlar Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın 10 may 2022-ci il tarixində Füzuli rayonuna səfəri çərçivəsində təqdim edilib.

Layihə ilə bağlı daha ətraflı Qarabağ Dirçəliş Fondunun yenilənmiş saytında “Layihələr” (https://qdf.gov.az/.../Fuzuli-Merkezi-Parki/layihe-haqqinda/) altbölməsində tanış ola bilərsiniz.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)