BİZNES

“European Tobacco-Baku” səhmdarlarına dividend ödəyəcək

18 iyun 2023-cü il tarixində “EUROPEAN TOBACCO – BAKU” ASC səhmdarlarının növbəti ümumi yığıncağı keçiriləcək.

ENA.az xəbər verir ki, “Qafqaz Business Center”-də (Bakı, Nərimanov rayonu, Heydər Əliyev prospekti 12) keçiriləcək yığıncağın gündəliyinə aşağıdakı məsələlər daxildir:

– Cəmiyyətin idarəetmə orqanlarının 2022-ci ilin maliyyə-təsərrüfat fəaliyyətinin nəticələrinə aid illik hesabatının təsdiqi.

– Cəmiyyətin 2022-ci il üzrə xalis mənfəətinin səhmdarlar arasında bölüşdürülməsi və dividendlərin ödənilməsi qaydasının təsdiqi.

Qeyd edək ki, “European Tobacco-Baku” 2001-ci ildə dövlət qeydiyyatına alınıb, nizamnamə kapitalı 44 635 220 manatdır və qanuni təmsilçisi Zaur Səfərovdur.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)

News Department