Ərdoğanın səhhəti ilə bağlı daha bir AÇIQLAMA
Türkiyənin səhiyyə naziri Fahrettin Koca Prezident Rəcəb Tayyib Ərdoğanla görüşüb.
ENA.az xəbər verir ki, bu barədə nazir özü məlumat yayıb.
“Prezidentimizlə görüşdüm, səhhəti yaxşıdır, salamı var”, - o deyib.
Qeyd edək ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın yerli telekanallara müsahibəsi zamanı halı pisləşib. "Kanal 7" və "Ülke TV" kanallarının birgə canlı yayımı zamanı o, jurnalistin sualını cavablandırarkən canlı yayım kəsilib və reklama keçid edilib. 20 dəqiqə fasilədən sonra müsahibə davam edib, Ərdoğan mədəsinə soyuq olduğunu bildirib. Bu səbəbdən Ərdoğanın planlaşdırılan bütün görüşləri və səfərləri ləğv edilib. Daha sonra bildirilib ki, Ərdoğan aprelin 27-də keçirilməsi planlaşdırılan "Akkuyu" atom elektrik stansiyasının açılış mərasimində videokonfrans formatında iştirak edəcək. Ədalət və İnkişaf Partiyasının sədr müavini Numan Kurtulmuş dövlət başçısının sağlamlıq durumunun qaydasında olduğunu bildirib.