Paşinyan Putinlə Laçın yolunu müzakirə etdi
Ermənistanın baş naziri Nikol Paşinyanla Rusiya Federasiyasının prezidenti Vladimir Putin arasında telefon danışığı olub.
ENA.az Ermənistan mətbuatına istinadən xəbər verir ki, telefon danışığı zamanı Laçın dəhlizi ətrafındakı vəziyyət müzakirə olunub.
Qeyd edək ki, bundan əvvəl Paşinyan Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişellə danışmışdı.