Gündəm

“Mercedes” Rusiya bazarından tamamilə çıxdı

Almaniyanın məşhur avtomobil istehsalçısı "Mercedes-Benz" Rusiya bazarından tamamilə çıxdığını elan edib. Ukraynada müharibənin başlamasından 14 ay sonra bu qərarı verən  alman şirkəti Rusiyadakı bütün aktivlərini "Avtodom" şirkətinə satıb. "Mercedes-Benz" Rusiyaya ixracı və bu ölkədə istehsalı dayandırmaq qərarını Ukraynadakı müharibədən sonra verib.

Qeyd edək ki, Ukraynada müharibə başlayandan sonra “Mercedes” 2022-ci ilin martında Rusiyaya ixracı və bu ölkədə istehsalı dayandırıb.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)