Bank

Təcrübəli bankir “Muğan Bank”ın rəhbərliyinə təyinat aldı

Məlumata görə, “Muğan Bank”ın səhmdarlarının qərarı ilə Ramiz Dadaşov Müşahidə Şurasına üzv seçilib.

R.Dadaşov bank sektorunda iş fəaliyyətinə 2002-ci ildən başlayıb. Uzun müddət Azərbaycan Beynəlxalq Bankı-ında (ABB) Pərakəndə biznes departamentinə rəhbərlik edib. 2021-ci ildən isə “FNC” bank olmayan kredit təşkilatının baş icraçı direktoru vəzifəsində çalışırdı.

Qeyd edək ki, Ramiz Dadaşov avropa biznes məktəbləri arasında birinci sırada olan  HEC Paris biznes məktəbinin EMBA proqramını bitirib.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)