Sosial iqtisadiyyat

"Təqaüdün məbləği 58 manat artaraq 300 manat müəyyən olundu"

Şəhid ailələrinin aylıq təqaüdünün 58 manat artırılaraq 300 manata çatdırılması ilə bağlı prezident fərmanının icrasına başlanılıb. Bununla bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində brifinq oldu. 

"BI" xəbər verir ki, nazirin müşaviri Mustafa Abasbəylinin açıqlamasına görə, artımlar 1 fevral, 2019-cu ildən  tətbiq ediləcək. 
Ümumilikdə bu fərman 12 mindən çox şəhid vərəsələrini əhatə edir. 

Eyni zamanda birdəfəlik müavinət alan şəhid ailələrinin əhatə dairəsi genişləndiyindən sayı 12 min 268 nəfər təşkil edib. 
Birdəfəlik ödəmə üzrə siyahıya 2725 şəhidin, o cümlədən 11 manatdan az sığorta ödənişi almış 2264 şəhid hərbi qulluqçusunun 
vərəsəsi də əlavə olunub. 

"O vaxt verilmiş sığorta haqqlarını manatın indiki dəyəri ilə indeksasiya etdikdə 100 dollar, bəzi hallatda 12 dollar olurdu. Ona görə də əvvəlki məbləğ çıxılmadan onlara da birdəfəlik 11 min manat yardım verildi"- deyə M.Abasbəyli qeyd edib. 
Qeyd edək ki, ümumilikdə birdəfəlik yardım üçün veriləcək vəsaitin cəmi həcmi 135 milyon manata yüksəlib.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)