Dollar/Avro 20 ildən sonra bərabərləşdi və ucuzlaşır
Son günlərdə dolların ucuzlaşmasının nəticəsi olaraq avro yüksələrək onu üstələdi. Bugün 1EUR = 1.0959 USD səviyyəsində qərarlaşdı. Hazırda dollar ucuzlaşmağa davam edir.
İstinad: 1 EUR = 1.0961 USD (msn.com)
Dolların bu enişinin nəticəsi nələrdir? Dünya iqtisadiyyatına təsiri nə olacaq?
Dolların ucuzlaşması fonunda dünya bazarında neftin qiyməti bahalaşır. Enerji analitiki Vandana Harinin fikrincə, zəif ABŞ dolları hazırda neft qiymətlərini gücləndirir və sənayenin enişinin qarşısını alır. ABŞ dollarının zəifləməsi sayəsində analitiklər neft qiymətlərinin yüksəlməyə davam edəcəyini proqnozlaşdırırlar. Bu, mart ayında ABŞ -ın xam neft fyuçers müqavilələrinin 100%-dən çox aşağı düşdüyü və tarixdə ilk dəfə mənfi zonaya sürüşdüyü enerji qiymətləri fonunda əhəmiyyətli bir dəyişikliyi göstərir.
Azərbaycan təbii ki, dolların zəifləməsi nəticəsində yüksələn neft qiymətlərindən öz əlavə payını götürəcək. Əlavə olaraq büdcəyə əlavə dolların daxil olması manatın vəziyyətinin stabilliyi üçün riskləri təbii ki azaldacaq.
Dövlət borclarının və korporativ borcların əsasən dollarla verildiyindən,bu borcların ödənilməsində müəyyən müddət xərclərimizi azaldacaq.
Amma onu da nəzərə almaq lazımdır ki, Azərbaycan dövlətinin strateji ehtiyatlarının böyük bir hissəsi dollarla saxlanılır və təbii ki, ehtiyatların digər valyutalarla ifadəsində müəyyən “kiçilmələr” qeydə alına bilər.
Nigar Abbasova