Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyində kadr dəyişikliyi olub

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə məxsus “Körpülərin İstismarı və Təmiri Müəssisəsi” MMC-nin direktoru Eldar Babayev vəzifəsindən azad edilib.
Məlumata görə, şirkətə rəhbərlik Mərdan Heybətova həvalə olunub.
Xatırladaq ki, “Körpülərin İstismarı və Təmiri Müəssisəsi” şirkəti 2006-cı ildə yaradılıb. Onun nizamnamə kapitalı 20 manatdır.