Gündəm

“Apple” Rusiyadan qızıl və volfram almaqdan imtina edib

Amerikanın “Apple” korporasiyası öz məhsullarının istehsalı üçün Rusiya volframı, tantal və qızılından istifadə etməkdən rəsmən imtina edib və tədarükünü üçüncü ölkələr vasitəsilə təmin edir, Banker.az bu barədə xarici mediaya istinadən xəbər verir.

Hesabatlar mart ayında dərc edilib və 2022-ci ilin yekunlarına həsr olunub. Sənədlər əsasən yarımkeçiricilərin və mikrosxemlərin istehsalı üçün istifadə olunan metallardan bəhs edir.

2022-ci ilin mart ayının əvvəlində Ukrayna böhranı səbəbindən “Apple” Rusiyada satışları, məhsullarının bu ölkəyə çatdırılmasını dayandırıb, həmçinin “Apple Pay” və digər xidmətlərin fəaliyyətini məhdudlaşdırıb.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)