Elm və Texnologiya

'Sosial şəbəkələr ödənişli abunəlik olmadan sağ qala bilməzlər'

 Twitter Spaces servisində 3 milyonluq istifadəçi kütləsi qarşısında çıxış etmiş Elon Musk sosial şəbəkədəki vəziyyət və platformanın gələcəyi barəsində fikirlərini bölüşüb. Öz çıxışı çərçivəsində Musk əminliklə bildirib ki, heç bir sosial şəbəkə istifadəçi hesablarının aylıq ödənişli abunəlik əsasında təsdiqlənmələri imkanından istifadə etmədən sağ qala bilməyəcək. Bundan əlavə olaraq Musk təsdiqləyib ki, Twitter-in X Corp. şirkəti ilə birləşməsi sosial şəbəkənin biznesi üçün bəzi dəyişiklikləri gətirəcək. Qeyd etmək lazımdır ki, Twitter Inc. şirkətinin ləğv edilməsi və onun aktivlərinin Nevada ştatında qeydiyyatdan keçirilmiş X Corp. adlı şirkətin aktivləri ilə birləşdirilməsi bugün səhər məlum olub.

    Elon Musk istifadəçilərin suallarına cavab verən zaman təsdiqləyib ki, bu cür qərarın ardınca nəsə gələcək. Musk-ın planına əsasən Twitter-i əvəz edəcək X tətbiqi özündə çoxlu sayda müxtəlif servisi birləşdirəcək və bu baxımdan o, Çində çox məşhur olan WeChat-ı xatırladacaq. Bununla yanaşı Musk bildirib ki, heç bir sosial şəbəkə aylıq ödənişli abunəlik əsasında istifadəçi hesablarının təsdiqlənməsi özəlliyindən istifadə etmədən sağ qala bilməz. Onun fikrincə özündə hesab təsdiqlənməsi özəlliyini birləşdirən aylıq ödənişli abunəlik fake məlumatların yayılması ilə mübarizədə yeganə çıxış yoludur.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)