Qarabağ

Ermənilər artilleriya və PUA-lardan istifadə edir

Ermənistan tərəfi artilleriya və pilotsuz uçuş aparatlarından (PUA) istifadə edir, düşmənin canlı qüvvəsi və ağır texnikasının Laçın istiqamətində cəmləşməsi qeydə alınıb.

ENA.az xəbər verir ki, bu barədə “Caliber” internet-nəşri özəl mənbələrə istinadən yazıb.

Nəşrin məlumatına görə, Ermənistan artilleriya və zirehli tank qoşunlarını toplayır, güman etmək olar ki, Ermənistan tərəfi ciddi hərbi əməliyyata hazırlaşır.

“Bu gün baş verənlər Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə qəsddir, Ermənistan buna görə çox ciddi cavab verəcək”, - məlumatda qeyd olunub.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)