Qeyri-Bank

"Finans Lizinq"in zərəri 3 dəfə azalıb

“Finans Lizinq” ASC 2018-ci ili 53 min manat zərərlə başa vurub.

Şirkətin maliyyə hesabatına istinadən görə, bu, 2017-ci ilə nisbətən 67% və yaxud 3 dəfə azdır.

Ötən il “Finans Lizinq”in faiz gəlirləri 249 min manat, faiz xərcləri 256 min manat, qeyri-faiz gəlirləri 5 manat, qeyri-faiz xərcləri isə 50 min manat təşkil edib.

Bu il yanvarın 1-nə “Finans Lizinq”in aktivləri 2,59 milyon manat olub ki, bu da illik müqayisədə 24,7% azdır. 2018-ci ildə şirkətin öhdəlikləri 37,9% azalaraq 1,39 milyon manata düşüb, kapitalı isə dəyişməyərək 1,2 milyon manat qalıb. 

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)