MALİYYƏ

Fed faiz qərarını açıqladı - DOLLAR UCUZLAŞIR

Fed, "faiz artırmaqda səbirli olacam" deyir. Fed açıqlamasından "faiz mərhələli artırılacaq" ifadəsinı də çıxarıb.

ABŞ Mərkəzi Bankının (Fed) qərarverici orqanı olan Federal Açıq Bazar Komitəsinin (FOMC) iki gün davam edən iclası başa çatıb. 

"BI" xəbər verir ki, gözləndiyi kimi Fed Yanvar iclasında faizdə dəyişiklik etmədi. Federal maliyyələşmə faizi 2.25% - 2.50% aralağında saxlanılıb. 

İnvestorlar da Fed-in faiz artırmayacağını gözləyirdilər. 

Fed açıqlamasında qarşıdakı dövrdə "faiz artırmaqda səbirli olacağını" qeyd edib. Fed açıqlamasından "faiz mərhələli artırılacaq" ifadəsini də çıxarıb.

Fed faiz artımaqda səbirli olmaqla iqtisadi inkişafı, məşğulluğu dəstəkləməyi hədəfləyir. Fed-in siyasəti iqtisadi məlumatlara bağlı olacaqdır.
Analitiklər nəyinki Fed-in faiz artırmağı dayandıracağını, hətta faiz endirə biləcəyini də dilə gətirirlər.

Çində və Avropada iqtisadi artım yavaşlayıb. ABŞ iqtisadiyyatında da inkişafın ləngiyəcəyi ehtimal edilir. Brexit, ABŞ-Çin ticarət müharibələri də qeyri-müəyyənlik yaradır. Belə bir vəziyyətədə əlavə faiz artırmaq lüzumsuz ola bilər. 

Eyni zamanda Fed, balansını azlatmağa hazırlaşdığını da bildirilib.

Fed-in qərarından sonra Dollar ucuzlaşmağa başlayıb. Bakı vaxtı ilə saat 23:42-yə olan məlumata görə, Avro/Dollar məzənnəsi 0,5% artaraq 1.1490 səviyyəsinə qalxıb (Dollar ucuzlaşıb, Avro bahalaşıb). Dollar/TL məzənnəsi 1,9% düşərək 5.21 səviyyələrinə geriləyib (Türk Lirəsi bahalaşıb). 

Qızılın unsiyasının qiyməti 0,7% artımla 1321 dollara, Brent neftinin barelinin qiyməti isə 1,3% artımla 62.14 dollara qalxıb.

Fed sədri Cerom Pauel Bakı vaxtı ilə saat 23:30-da mətbuat konfransında danışacaqdır. Maliyyə bazarları Fed sədrinin açıqlamalarını səbirsizliklə gözləyirlər. Çünki, investorlar 2019-cu ildə Fed-in iki dəfə faiz artırıb-artırmayacağından əmin olmaq istəyirlər. Bu baxımdan Cerom Pauelin bu gün verəcəyi açıqlamalar daha həlledici olacaqdır.

Əgər Cerom Pauel tərəfindən, Fed rəsmilərinin Dekabr ayında olduğu kimi hələ də  2019-cu ildə 2 dəfə faiz artırılacağını gözlədiklərini təkrarlayarsa, Dolların qiymətində ciddi dəyişiklik gözlənilmir, ola bilsin ki, bir qədər də ucuzlaşsın. Əgər, Fed-in 2019-cu ildə 2 dəfədən çox faiz artıra biləcəyinin mesajı verilərsə Dollar bahalaşa bilər.

 

XXX  23: 40

ABŞ Mərkəzi Bankının (Fed) sədri Cerom Pauell, iclasın ardından keçirdiyi mətbuat konfransında "İqtisadiyyatı ən yaxşı şəkildə dəstəkləməyin yolu faiz məsələsində səbrli olmaqdır" - deyib.

"Marja" xəbər verir ki, qlobal, o cümlədən Çin və Avropada iqtisadi artımın ləngidiyini deyən Fed sədri, siyasətin məlumatlara bağlı olduğunu vurğulayıb.
"Davamiyyətli iqtisadi fəaliyyət və güclü əmək bazarı gözləyirik", - deyən Pauell, ABŞ iqtisadiyyatının mükəmməl bir nöqtədə olduğunu deyib.

İnflyasiyanın 2%-lik hədəfə yaxın qaldığını qeyd edən Fed sədri, iqtisadiyyatı ən yaxşı şəkildə dəstəkləməyin yolunun səbrli olmaq olduğunu vurğulayıb. Pauell, səbrli olma müddətinin nə zaman başa çatacağının tamamilə gələn məlumatlara bağlı olduğunu deyib.

Pauell, neftin qiymətinin aşağı düşməsinin inflyasiyanı aşağı salmağa davam edəcəyini deyib.

Fed Sədri, "Siyasətimizin bu anda məqsədəuyğun olduğunu düşünürük" deyib və siyasəti sürətli bir şəkildə dəyişdirməyi tələb edəcək bir səbəb olmadığını vurğulayıb.

Pauell, "İqtisadi göstəriciləri geniş miqyasda qiymətləndirəcəyik" deyib və növbəti faiz qərarının statistik məlumatlara bağlı olacağını sözlərinə əlavə edib.

ABŞ-da federal hökumətinin bağlı qalması məsələsini dəyərləndirən Fed sədri, "Hökumətin bağlanması ilk rüb iqtisadi inkişafına təsir göstərəcəkdir",- şəklində bildirib.

Pauell, son məlumatların qlobal iqtisadi artım tempinin yavalşlamaqda davam etdiyinə işarə etdiyini qeyd edib.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)