Gündəm

Deputat nazirə etiraz etdi: Bizə sürpriz hazırlamayın!

"Energetika naziri Pərviz Şahbazov bildirir ki, enerji sahəsində artımlar olmayacaq. Nazirin dedikləri ilə razı deyiləm, artım olacaq”.

ENA.az xəbər verir ki, bunu Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin iclasında deputat Vahid Əhmədov bildirib.

Deputat nazirdən fərqli olaraq, qiymətlərdə artımın olacağını düşünür:

“Xeyr, bu qanunla ciddi qiymət artımı olacaq. Bunu üçüncü oxunuşa çıxarmaq olmaz. Qanun qəbul olunarsa, mən mətbuat konfransı keçirib, camaatı məlumatlandıracam. Qanunun qəbulu narazılıqlara səbəb olacaq. Kim deyirsə ki, tariflərə toxunmayacaq, mümkün deyil. Şirkət investisiya qoyursa, mənfəət əldə etməlidir. Yeni qanun layihəsi ciddi problemlərə gətirib çıxaracaq. Qarşıdan 2025-ci il seçkiləri gəlir. Bizə sürpriz hazırlamayın. Bizim ona ehtiyacımız yoxdur".

Qeyd edək ki, Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin iclasında iştirak edən energetika naziri Pərviz Şahbazov enerji sahəsində qiymət artımının olmayacağını söyləyib:

“Milli Məclisdə deputatlar tərəfindən “Elektroenergetika haqqında” qanunun müzakirəsi zamanı narazılıqlar olub. Qeyd edim ki, qanunun qəbulu qiymətlərin artması demək deyil. Qanunun qəbulu ilə tariflər tənzimlənəcək. Eyni zamanda qiymətlərin artması hələ nəzərdə tutulmur. Qanun bazarda rəqabət mühitinin yaranması üçündür”.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)