BİZNES

Azərbaycan iqtisadiyyatına sərmayə qoyan ölkələr - TAM SİYAHI

2022-ci ildə Azərbaybaycan iqtisadiyyatına cəlb olunmuş  birbaşa xarici investisiyaların həcmi illik müqayisədə 31 faiz yüksəlib.

Bu barədə Azərbaycan Mərkəzi Bankına istinadla xəbər verir.

AMB-nin göstəricilərinə görə, 2022-ci ildə öncəki ildən 1 milyard 480.58 milyon ABŞ dolları artaraq 6 milyard 275.85 milyard dollar olub.

İnvestisiya qoyuluşunda hələ də əsas payçı 28%-lə Birləşmiş Krallıqdır. Belə ki, illik müqayisədə Azərbaycan iqtisadiyyatına bu ölkədən  1 milyard 759.95 milyon ABŞ dolları yatırılıb. Bu öncəki ildən 11% yuxarı göstəricidir.

Bununla belə, Birləşmiş Krallığın payı öncəki ildən (33%) daha azdır.

Əvəzində Türkiyə siyahıda payını 15%-dən 19%-ə qaldırmaqla  1 milyard 759.95 milyon dollar olub. Bu illik 60% artımdır.

Kipr ölkə iqtisadiyyatına yatırımları artırmaqda davam edir. Aralıq dənizi ölkəsi Azərbaycan iqtisadiyyatına hesabat müddətində  825.72 mlrd. dollarlıq investisiya yatırıb və üçüncü ən iri ölkədir. İllik 2.6 dəfə investisiya qoyuluşunu artmağa nail olub. Ötən il ilk üçlükdə ABŞ idi və bu il  45% azalma ilə 278.34 milyon manata düşüb.

Tam siyahı belədir:

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)