Bank

Azərbaycanda bağlanmış bank öz əmlaklarını satışa çıxardı – MƏNZİLLƏR, EVLƏR - SİYAHI

Ləğv prosesində olan Pakistan Milli Bankının Bakı filialı verdiyi kreditlərin təminatı kimi girov qoyulmuş daşınmaz əmlakları satışa çıxarıb.

ENA.az bu barədə rəsmi mətbuata istinadən xəbər verir.

Söhbət Bakı şəhərində yerləşən 5 mənzil, 2 fərdi yaşayış evi və 1 qeyri-yaşayış evindən, eləcə də Sumqayıt şəhərində yerləşən 1 mənzildən gedir. Əmlaklar açıq tender yolu ilə satılacaq.

Xatırladaq ki, Pakistan Milli Bankının Bakı filialı 1996-2022-ci illərdə fəaliyyət göstərib. Ötən il oktyabrın 11-də Azərbaycan Mərkəzi Bankı (AMB) “Banklar haqqında” qanunun 16.1.2-ci və 17.3-cü maddələrini rəhbər tutaraq, Pakistan Milli Bankının müraciəti əsasında onun Bakı filialına verilmiş 30 iyun 2005-ci il tarixli lisenziyanı ləğv edib. Bu qərar Pakistan Milli Bankının Orta Asiya və Azərbaycan maliyyə bazarlarından çıxış üzrə kommersiya strategiyası çərçivəsində qəbul edilmiş qərardan irəli gəlib.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)