Gündəm

İlk “Togg” elektromobili Ərdoğana verildi

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana yerli istehsal olan ilk "Togg" elektromobili təqdim olunub. 

ENA.az xəbər verir ki, bu barədə Ərdoğan özünün sosial şəbəkə hesabında məlumat yayıb.

Ərdoğan bildirib ki, elektromobili özü təhvil verdiyi üçün nəqliyyat vasitələrinin ilk nümunələri ona təqdim edilib.

Qeyd edək ki, bir müddət əvvəl Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölkəsinin yerli istehsalı olan ikinci “Togg” elektromobilinin Azərbaycan lideri İlham Əliyevə veriləcəyini açıqlamışdı.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)