Elm və Texnologiya

“AzInTelecom”un departament direktoru vəzifəsindən ayrılıb

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə məxsus “AzInTelecom” MMC-nin Kommersiya departamentinin direktoru - baş maliyyə inzibatçısı Ruslan Əliyev vəzifəsini tərk edib.

Bu barədə o, özü məlumat verib.

R.Əliyevin sözlərinə görə, bundan sonra fəaliyyətini Ukraynanın taksi xidmətləri şirkəti - "Uklon"un Azərbaycandakı törəməsinin rəhbəri kimi davam etdirəcək.

Xatırladaq ki, "Uklon Azərbaycan" MMC bu il 100 min ABŞ dolları nizamnamə kapitalı ilə yaradılıb. Şirkət "PAŞA Holdinq" MMC ilə eyni hüquqi ünvanda - Bakı şəhəri, Nəsimi rayonu, Neftçilər prospekti, 153 ünvanında qeydiyyatdan keçib.

XXX

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində olan “AzInTelecom” MMC-nin Kommersiya departamentinin direktoru Ruslan Əliyev qurumdakı vəzifəsindən ayrılıb.

Bu barədə  “AzInTelecom” MMC-yə istinadən xəbər verir.

Məlumata görə, onun yerinə hələ ki, təyinat yoxdur.

© Report, APA

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)