Rəsmi

Rusiyada senatoru iclas zalında - HƏBS EDİLDİ

Senator Rauf Araşukov Rusiya Federasiya Şurasının toplantısı zamanı iclas zalında həbs olunub.

"BI" “TASS”a istinadən xəbər verir ki, onun adı “Adıge-Xase” Gənclər Hərəkatının sədri, 36 yaşlı Aslan Jurkovun qətlində hallanır. 

2010-cu ilin martında A.Jurkov yaşadığı evin qarşısında güllələnib. R.Araşukov gənclər hərəkatı sədrinin ölümündə əlinin olması ittihamını rədd edir. 

Qeyd edək ki, 32 yaşlı R.Araşukov Qaraçay-Çərkəz Respublikasından senator seçilib. R.Araşukov təbii qaz sənayesinin tanınmış sahibkarı Raul Turkbiyeviç Araşukovun oğuludur.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)