Putin 147 min nəfəri hərbi xidmətə çağırdı
Rusiya Prezidenti Vladimir Putin hərbi xidmətə çağırış haqqında sərəncam imzalayıb.
ENA.az xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.
Sərəncamla aprelin 1-dən iyulun 15-dək 147 min nəfər hərbi xidmətə çağırılacaq.
Qeyd edək ki, Rusiyada hərbi xidmət yaşı 18-27-dir.