BİZNES

Tədiyyə balansındakı profisitin mənbəyi nədir?

2022-ci ildə Azərbaycanın tədiyə balansının cari əməliyyatlar hesabının profisiti $23 milyard 478,1 milyon və ya ÜDM-in 23,5%-ni təşkil edib. Azərbaycan Mərkəzi Bankının hesabatına görə, 2022-ci ildə profisit 2,8 dəfə artıb.

Belə ki, 2021-ci il ərzində Azərbaycanın tədiyə balansının cari əməliyyatlar hesabının profisiti $8 milyard 291,6 milyon təşkil edib. Beləliklə,

Mərkəzi Bankın saytında dərc olunmuş tədiyə balansına əsasən, neft-qaz sektoru üzrə profisit $28 milyard 667,3 milyon (artım 2 dəfə), qeyri-neft sektoru üzrə kəsir $5 milyard 189,2 milyon (azalma 9,4%) təşkil edib.

2022-ci ildə bir barel neftin orta qiyməti $104 (2021-ci ildə - $66,8) təşkil edib.

2022-ci ildə xarici ticarət dövriyyəsinin həcmi $54,4 milyard təşkil edib və neft-qaz sektoru üzrə 35.4 mlrd.$ həcmində profisit qeyri-neft-qaz sektoru üzrə 8.0 mlrd.$ həcmində kəsiri bağlayıb. Nəticədə hesabat dövründə xarici ticarət balansında 27.4 mlrd.$ həcmində profisit yaranıb.Azərbaycan xarici ticarətdə $27,3 milyard (artım 2,4 dəfə) məbləğində profisitə malik olub. Xarici ticarət dövriyyəsinin 10,3%-i MDB, 89,7%-i uzaq xarici ölkələrin payına düşüb.

$40 milyard 868,6 milyon həcmində ixracın (artım 1,9 dəfə) strukturunda neft-qaz ixracı $37,9 milyard (artım 2 dəfə), neft və neft məhsullarının ixrac həcmi $0,7 milyard, o cümlədən neft ixracı $20,8 milyard, qaz ixracı $16,4 milyard təşkil edib.

$13 milyard 509,2 milyon həcmində idxalın (artım 29,7%) strukturunda $5 milyard 737,2 milyon istehlak mallarının, o cümlədən $2,1 milyard ərzaq mallarının payına düşüb. Bu dövrdə ölkəyə $589 milyon dəyərində (bütün idxalın 4,4%-i) avadanlıq və xüsusi mallar idxal edilib.

AMB 2022-ci ilin yekunları üzrə Azərbaycanın tədiyə balansının cari əməliyyatlar hesabının profisitini ÜDM-in 23-25%-I səviyyəsində gözləyirdi.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)