Gündəm

“İran nüvə silahı hazırlamağa qərar verərsə, ABŞ buna cavab olaraq bir neçə variant hazırlayıb” – Pentaqon

İran nüvə silahı istehsal etmək üçün lazım olan hər şeyə malikdir.

Bu barədə ABŞ Silahlı Qüvvələrinin Qərargah Rəisləri Komitəsinin sədri Mark Milli bildirib.

“İran iki həftədən az müddətdə nüvə silahı üçün kifayət qədər material istehsal edə bilir. Nüvə silahının özünü istehsal etmək üçün onlara cəmi bir neçə ay lazım olacaq”, – deyə M.Milli bildirib.

M.Milli qeyd edib ki, İran belə bir silah hazırlamağa qərar verərsə, ABŞ ordusu buna cavab olaraq bir neçə variant hazırlayıb.

O əlavə edib ki, ABŞ hələ də Tehranın nüvə silahı əldə etməməsi üçün hər şey edilməli prinsipinə sadiqdir.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)