Rəsmi

Ceyhun Bayramov Netenyahu ilə görüşüb

İsrailin Baş naziri Benyamin Netanyahu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovu qəbul edib.

ENA.az xəbər verir ki, bu barədə İsrailin ölkəmizdəki səfiri Corc Dik tvitter hesabında bildirib.

Netanyahu İsraildə Azərbaycan səfirliyinin açılması münasibətilə nazir Ceyhun Bayramovu təbrik edib. Görüş zamanı regional problemlər müzakirə edilib, ikitərəfli əməkdaşlığı gücləndirmək barədə razılığa gəlinib.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)