Fərdi evlərə çıxarış almaq üçün hansı sənədlər lazımdır? - VİDEO
Sənədsiz evlərə dövlət reyestrindən çıxarışların və texniki pasportların verilməsi prosesində problemlər hələ də qalmaqdadır. Hazırda 500 mindən çox belə ev var. Bu isə o deməkdir ki, təxminən 2 milyondan çox insan yaşadığı ünvanda qeydiyyatda deyil.
ENA.az xəbər verir ki, əmlak eksperti Ramil Qasımzadə deyib ki, vətəndaşların çoxu ya kənd təsərrüfatı təyinatlı torpaqlarda ev tikiblər, ya da sadəcə bələdiyyə qərarı olan kağız alıblar. Bu da onlara evlərin qeydiyyatı prosesində müəyyən problemlər yaradır.
Sənədsiz evlərə dövlət reyestrindən çıxarışların və texniki pasportların verilməsi prosesində problemlər hələ də qalmaqdadır. Hazırda 500 mindən çox belə ev var. Bu isə o deməkdir ki, təxminən 2 milyondan çox insan yaşadığı ünvanda qeydiyyatda deyil.
Xezerxeber.az-ın məlumatına görə, əmlak eksperti Ramil Qasımzadə deyib ki, vətəndaşların çoxu ya kənd təsərrüfatı təyinatlı torpaqlarda ev tikiblər, ya da sadəcə bələdiyyə qərarı olan kağız alıblar. Bu da onlara evlərin qeydiyyatı prosesində müəyyən problemlər yaradır.
Ekspert bildirib ki, fərdi yaşayış evinin çıxarışla təmin edilməsi üçün ilk növbədə həmin torpağın sənədi olmalıdır.
Bəzən daşınmaz əmlakın sənədləşməsi zamanı arxiv sənədi də tələb edilir. Bu sənəd əmlakın həmin şəxsin mülkiyətində olmasını təsdiq edir.
Ramil Qasımzadə tövsiyə edir ki, vətəndaşlar torpaq alarkən onun təyinatına diqqət etməlidirlər.
Ekspert ev və torpaq alarkən mütəxəssislərə müraciət etməyi də tövsiyə edir. (Xezerxeber.az)