Gündəm

Bakıda sərnişindaşımada “Brutto müqavilə” modelinə keçid konsepsiyası hazırlanıb

Bakıda effektli nəqliyyat sisteminin qurulması üçün görüləcək işlər açıqlanıb.

Bu, “Nazirlər Kabinetinin 2022-ci ildə fəaliyyəti haqqında hesabat”da əksini tapıb.

Sənəddə qeyd edilib ki, hazırda Rəqəmsal İnkişaf və Nəqliyyat, Daxili İşlər və İqtisadiyyat Nazirlikləri, Bakı Şəhər İcra Hakimiyyəti və digər aidiyyəti qurumlar tərəfindən Prezident İlham Əliyevin sərəncamı ilə təsdiqlənən “Bakı şəhərində yol hərəkətinin təşkili, ictimai nəqliyyatın tənzimlənməsi, yolların buraxılış imkanlarının artırılması üzrə Tədbirlər Planı”nda nəzərdə tutulan tapşırıqların yerinə yetirilməsi istiqamətində müvafiq işlər həyata keçirilir. Bakı Nəqliyyat Agentliyi tərəfindən Bakı şəhərində ictimai nəqliyyatın hazırkı inkişaf mərhələsində daha qabaqcıl tənzimləmə və maliyyələşdirmə modeli olan “Publik xidmət müqavilələri (Brutto müqavilə)” modelinə keçid konsepsiyası hazırlanıb. Yeni modelin tətbiqi sərnişindaşıma keyfiyyətinin yaxşılaşdırılması, yeni iş yerlərinin açılması, ictimai nəqliyyata nəzarət sisteminin səmərəliliyinin artırılması və ətraf mühitə mənfi təsirlərin azaldılması ilə müşayiət ediləcək.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)