Rəsmi

Prezident bir qrup şəxsi təltif etdi - SƏRƏNCAM

Prezident İlham Əliyev Dövlət Miqrasiya Xidmətinin əməkdaşlarına ali xüsusi rütbələrin verilməsi haqqında Sərəncam imzalayıb.

ENA.az xəbər verir ki, Sərəncamla Dövlət Miqrasiya Xidməti rəisinin müavini Elman Məmməd oğlu Əliyevə II dərəcəli dövlət miqrasiya xidməti müşaviri ali xüsusi rütbəsi verilib.

Həmçinin Dövlət Miqrasiya Xidmətinin Bakı şəhər regional miqrasiya baş idarəsinin rəisi İslam Məsum oğlu Ağayevə III dərəcəli dövlət miqrasiya xidməti müşaviri ali xüsusi rütbəsi verilib.

***

Dövlət başçısının digər Sərəncamı ilə xidməti vəzifələrini yerinə yetirərkən fərqləndiklərinə görə Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin aşağıdakı əməkdaşları təltif ediliblər:

3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə

Abdullayev İsmayıl Əli oğlu

“Miqrasiya orqanlarında qulluqda fərqlənməyə görə” medalı ilə

Bədəlov Ayxan Əli oğlu

Əliyev Amid Həbib oğlu

Hüseynov İlyas Fətulla oğlu

Hüseynova Nigar Elxan qızı

Quliyev Sunay Arif oğlu

Quliyev Vəli Nüsrəddin oğlu

Mirzəyev Vüqar Həmid oğlu

Səttarova Əfsanə Ziyadxan qızı

Şahmarov Elnur Qaçay oğlu

Tağıyev Faiq Arif oğlu.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)