AMEA-nın institutlarında baş və icraçı direktor vəzifəsi ləğv edilib

AMEA-nın institutlarında baş direktor və icraçı direktor vəzifəsi ləğv edilib.
Bunu AMEA-nın prezidenti İsa Həbibbəyli Ümumi yığıncaqda deyib.
O bildirib ki, direktorların seçki müddəti başa çatdıqdan sonra yeni rəhbər baş direktor və icraçı direktor kimi deyil, direktor kimi seçiləcək.
Həmçinin AMEA-nın bölməsinin hansı prosesdən keçərək yaradılmasına dair Nizamnaməyə müddəa əlavə edilib.