Daha 2 şirkət “Trust Holding”ə birləşdi
“Trust Holding” Məhdud Məsuliyyətli Cəmiyyətinə daha 2 şirkət birləşir.
ENA.az xəbər verir ki, “Trust Holding” Məhdud Məhdud Cəmiyyəti “T Vision” MMC-nin və “T Agriculture” MMC-nin ona qoşulması nəticəsində yenidən təşkil olunur.
Qeyd edək ki, “Trust Holding” MMC 2015-ci ildə dövlət qeydiyyatına alınıb, nizamnaə kapitalı 1000 manatdır və qanuni təmsilçisi Rauf Əliyevdir. Bundan əvvəl, “AR Construction” MMC-nin, “Z Kommers” MMC-nin və “AS Building” MMC-nin ona qoşulması nəticəsində yenidən təşkil olunmuşdur.