Mikro, kiçik və orta sahibkarlara verilən kreditlərin həcmi 5.7 mlrd. manata çatıb
Azərbaycanda 2022-ci il ərzində mikro, kiçik və orta sahibkarların (MKOS) kreditləşməsində müsbət artım trendi davam edib.
ENA.az bildirir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının 2022-ci il üzrə Maliyyə sabitliyi hesabatı qeyd edilir.
Belə ki, ilin əvvəli ilə müqayisədə MKOS subyektlərinə verilən kreditlərin həcmi 28% artaraq 5.7 mlrd. manata çatıb.
Nəticədə, MKOS-lara verilmiş kreditlərin biznes portfelində payı 50%-i ötmüşdür. Müsbət artım tempinə səbəb olan amillərdən biri MKOS subyektləri üzrə standartların yumşaldılmasıdır.
AMB qeyd edir ki, MKOS subyektlərinin kreditləşməsində bankların öz vəsaitlərinin payı artmaqdadır. Son illərdə bankların öz vəsaitləri hesabına MKOS subyektlərinin maliyyələşməsində aktiv iştirakı müşahidə edilir. Belə ki, 2022-ci ilin əvvəlindən etibarən bankların öz vəsaiti hesabına verilmiş kreditlərin həcmi 35% (1.3 mlrd. manat) artaraq 5 mlrd. manata çatmışdır.