Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əsasnaməsində dəyişiklik edildi
Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 16 fevral tarixli 386 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidenti İlham Əliyev 15 mart 2023-cü ildə fərman imzalayıb.
ENA.az xəbər verir ki, “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi haqqında Əsasnamə”də aşağıdakı dəyişikliklər edilsin:
1. 3.1.8-ci yarımbənd aşağıdakı redaksiyada verilsin:
“3.1.8. fəaliyyət istiqamətlərinə uyğun olaraq, Nazirlik sisteminə daxil olan qurumların fəaliyyətini yoxlamaq, habelə onların fəaliyyətinə nəzarəti həyata keçirmək;”.
2. 3.1.65-ci yarımbənddə “Nazirliyin strukturuna daxil olan qurumlar və tabeliyində olan digər” sözləri “Nazirlik sisteminə daxil olan” sözləri ilə əvəz edilsin.
3. 3.1.69-cu yarımbəndə “peşəkarlıq” sözündən əvvəl “Nazirlik sistemində” sözləri əlavə edilsin.
4. 4.1.12-ci yarımbəndə “fəaliyyət istiqamətlərinə” sözlərindən əvvəl “Nazirlik sistemi üzrə” sözləri əlavə edilsin.
5. 5.1-ci bənddən “və Naxçıvan Muxtar Respublikasının Dövlət Sosial Müdafiə Fondu” sözləri çıxarılsın.
6. 5.5.4-cü yarımbənd aşağıdakı redaksiyada verilsin:
“5.5.4. Nazirliyin Aparatının, Nazirlik sisteminə daxil olan qurumların fəaliyyətinə nəzarəti təşkil edir və onların işinin əlaqələndirilməsini təmin edir;”.
(əvvəl: 5.5.4. Nazirliyin aparatının onun strukturuna daxil olan qurumların və tabeliyində olan digər qurumların fəaliyyətinə nəzarəti təşkil edir və onların isinin əlaqələndirilməsini təmin edir;)