Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi işçi axtarır - MAAŞ 2786 AZN
Qeyd: Yalnız Şuşa şəhəri qeydiyyatı olan namizədlərin müraciətlərinə baxılacaq.
Vəzifə öhdəlikləri:
- Qüvvədə olan tikinti normativ sənədlərini əsasında işlərin təşkil edilməsi.
- Tikinti ərazisi üzrə işlərin təşkil olunması
- Müəyyən edilmiş obyektdə tikinti-quraşdırma işləri planının işçi cizgilərə, normativ sənədlərə uyğun olaraq yerinə yetirilməsini təmin edilməsi;
- Tikintidə istifadə olunacaq tikinti materiallarının və görüləcək işlərin keyfiyyətinə nəzarət edilməsi;
- Layihə həyata keçirilən ərazilərə baxış keçirilməsi və işlərin gedişat monitorinqinin aparılması;
- Müəssisədaxili nizam-intizam qaydalarına, əməyin mühafizəsi və texniki təhlükəsizlik qaydalarına riayət edilməsi;
- Layihə-smeta sənədlərinin, iş həcmləri və spesifikasiyaların analiz edilməsi;
- Forma 2, Forma 3 və digər normativ sənədləşmə işlərinin aparılması;
- Tələb olunan hesabatların hazırlanması (layihə məlumatları, layihəyə nəzarət,layihə planı);
- Əməyin mühafizəsi və təhlükəsizlik texnikası işlərinin həyata keçirilməsinə nəzarət;
- Texnoloji intizama nəzarət etmək, tikinti norma və qaydalarının yerinə yetirilməsi;
Namizədə qarşı tələblər:
- Ali təhsil (İnşaat mühəndisi);
- Təcrübə: Tikinti-quraşdırma işləri üzrə minimum 3 il iş təcrübəsi;
- Təcrübə: Layəhələndirmə işləri üzrə minimum 2 il iş təcrübəsi;
- Analitik düşüncə bacarığı;
- Ünsiyyət və komandada işləmək bacarıqları;
- İşinə məsuliyyətli və dəqiq yanaşmalı ;
- Təşkilatçılıq bacarıqlarına malik olmalı;
- Detallara diqqət yetirməyi bacarmalı
- Dil bilikləri: azərbaycan dili əla, ingilis dili yaxşı səviyyədə;
- MS Office (Word, Excel, Powerpoint) proqramları üzrə biliklər;
- AutoCAD, Lira proqramları yüksək səviyyədə
- Fikrini dəqiq, dolğun və özünə əminliklə təqdim etmə bacarığı;
- Komandada işləmək bacarığı, təşəbbüskarlıq, gərgin iş rejimində işləmək bacarığı;
Əmək haqqı: 2786 AZN.
e-mail: ualiyeva@shusha.gov.az