Sosial iqtisadiyyat

İdxalı qadağan edilən mallarla bağlı yeni qayda

Azərbaycana idxalı qadağan edilmiş mallarla bağlı yeni qayda müəyyənləşir.

ENA.az-ın məlumatına görə, bununla bağlı Milli Məclisin Aqrar siyasət komitəsinin bu gün keçirilən iclasında “Baytarlıq haqqında” qanuna təklif edilən dəyişiklikdə qeyd olunub.

Dəyişikliyə əsasən, ərazisində heyvanların xüsusi təhlükəli xəstəliklərinin baş verməsi qeydə alınan xarici ölkələr və idxalı qadağan olunmuş mallar barədə məlumatlar müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemi vasitəsilə real vaxt rejimində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sisteminə ötürüləcək.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)