Rusiya Azərbaycanın dəmir yoluna məhdudiyyət qoydu
"Rusiya Dəmir Yolları" ASC mart ayında bir sıra stansiyalar üçün, həmçinin Azərbaycandan daşınmalara məhdudiyyətlər tətbiq edib. Bu barədə şirkətin materiallarında məlumat verilir.
Belə ki, martin 19-dək Azərbaycanda Astara və Astara-ixrac stansiyaları üçün məhdudiyyətlər tətbiq olunub.
“Rusiya Dəmir Yollarının (RDY) bəzi yükləyiciləri tərəfindən vaqonların vaxtında yüklənməsinin təmin edilməməsi ilə əlaqədar ümumi istifadə infrastrukturunda vaqonların toplanmasının qarşısını almaq məqsədilə tənzimləmə tədbirləri tətbiq olunur”, - deyə “İnterfaks”a RDY-dən izah ediblər.