Gündəm

Türkiyədəki zəlzələ Azərbaycanda ocaqları oyada bilər? - AÇIQLAMA

Türkiyədəki zəlzələnin Azərbaycandakı zəlzələ ocaqlarını oyatma ehtimalı yoxdur.

ENA.az xəbər verir ki, bunu AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli deyib.

Onun sözlərinə görə, zəlzələ ocağına ən yaxın məsafə Naxçıvana 712 kilometrdir: "Bunun da ölkəmizdəki zəlzələ ocaqlarına təsir ehtimalı çox aşağıdır. Bu birmənalı belədir”.

Xatırladaq ki, fevralın 6-da Türkiyədə səhər saatlarında 7.7 bal gücündə zəlzələ baş verib. Dərinliyi 7 kilometr olduğu müəyyən edilən zəlzələ Hatay, Qaziantep, Kilis, Osmaniye, Malatya, Adıyaman, Şanlıurfa, Diyarbəkir, Adana və Kahramanmaraş vilayətlərində ciddi dağıntılara səbəb olub. Təbii fəlakət zamanı xeyli sayda insan həlak olub və yaralanıb.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)