Gündəm

Zaxarova: "Polşanın bu addımı onu münaqişəyə cəlb edəcək"

Rusiya Xarici İşlər Nazirliyinin (XİN) sözçüsü Mariya Zaxarova Polşanın Ukrayna ərazisində hərbi mərkəz tikməsinə münasibət bildirib.

ENA.az Rusiya mətbuatına istinadən xəbər verir ki, o, brifinq zamanı bu barədə danışıb.

"Polşanın Ukraynada hərbi mərkəz tikməsi rəsmi Varşavanı münaqişəyə cəlb edəcək. ABŞ silah biznesi Ukrayna münaqişəsində “böyük piroq diliminə” ümid edir", - deyə XİN rəsmisi vurğulayıb.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)