Sosial iqtisadiyyat

“Rahat” cərimələnir – İstehlakçıları aldadıb

İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin nümayəndəsi “ANC Group” MMC (Rahat Supermarket) cərimələnməsi ilə bağlı rayon məhkəməsinə müraciət edib.

Məlumata görə, Dövlət Xidməti “ANC Group”la bağlı inzibati xətalar məcəlləsinin 447.0.1-ci maddəsi ilə bağlı cərimə protokolu tərtib edərək Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinə göndərib. Məhkəməyə Aygün Qurbanova hakim təyin edilib.

Qeyd edək ki, 447.0.1-ci maddəyə görə, mal satan və ya əhaliyə xidmət göstərən şəxslər tərəfindən malın (xidmətin) ölçüsünə, çəkisinə, hesabına, habelə istehlak xüsusiyyətinə və ya keyfiyyətinə dair istehlakçıların az miqdarda aldadılmasına görə hüquqi şirkətlər dörd min manatdan altı min manatadək məbləğdə cərimə edilir.

“ANC Group” MMC 2010-cu ildə təsis edilib, 7 milyon 83 min manat nizamnamə kapitalı var. Şirkətin qanuni təmsilçisi/direktoru Samir Abdullayev Rafiq oğludur.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)